"Barselona"nın müdafiəçisi Nelson Semedo karyerasını İngiltərədə davam etdirəcək. Matc.az ESPN nəşrinə istinadən xəbər verir ki, Premyer Liqa klublarından biri 26 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Adı açıqlanmayan komandanın Kataloniya təmsilçisi ilə danışıq apardığı bildirilir. Tərəflərin razılığa gəlməyə yaxın olduğu vurğulanıb. Müqavilənin detalları barədə məlumat verilməyib.

Semedo ötən mövsüm "Barselona" nın heyətində 32 oyuna çıxıb və 1 qol vurdu. Onun klubla 2022-ci ilə qədər sözləşməsi var.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest