Qış fasiləsində "Keşlə"ni tərk edəcək ilk futbolçunun kimliyinə aydınlıq gəlib. Matç.az saytının əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi Herve Tçami ilə yolları ayıracaq.

Belə ki, müqaviləsi qışda başa çatacaq kamerunlu ilə yeni anlaşma imzalanmayacaq. Onun çıxışı rəhbərliyi və baş məşqçi Tərlan Əhmədovu qane etmir.

Qeyd edək ki, karyerası ərzində Polşanın "Zaqlembe", "Poqon", Macarıstanın "Solynok", "Honved", İsveçin "Varnamo", Əlcəzairin "Bel-Abbes", Omanın "Əl-Orouba", Portuqaliyanın "Feirense" və Türkiyənin "Giresunspor" klublarında çıxış etmiş Tşami son olaraq Səudiyyə Ərəbistanın "Hacer" komandasında oynayıb və bu ilin yanvar ayında "Keşlə"yə qoşulmuşdu.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest