"Neftçi" heyətini daha bir futbolçu ilə gücləndirib. Matc.az "Sporx.com" nəşrinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi "Başakşehir" klubunun futbolçusu Mert çeliki icarəyə götürüb.

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının da üzvü olan müdafiəçi ilə 2 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, "Qalatasaray"ın yetirməsi olan 20 yaşlı oyunçu "Başakşehir"ə 2013-cü ildə transfer olunub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest