İngiltərənin "Mançester Siti" klubu yarımmüdafiəçisi Tommi Doyl ilə müqavilənin müddətini uzadıb.
 
Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb.
 
18 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. 
 
Doyl "Mançester Siti"nin öz yetirməsidir. O, indiyə qədər əsas komandada cəmi 3 rəsmi oyun keçirib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest