Azərbaycanlı hakim-inspektor Asim Xudiyev UEFA-dan yeni təyinat alıb.

Azərbaycanlı hakim-inspektor Asim Xudiyev UEFA-dan yeni təyinat alıb.
 
Matc.az xəbər verir ki, o, Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Rostov” (Rusiya) – “Makkabi” (Hayfa, İsrail) matçının hakim-inspektoru təyin olunub.
 
Xudiyev Çexiyadan olan Petr Ardeleanunun rəhbərlik etdiyi hakimlər briqadasının işinə qiymət verəcək.
 
Qeyd edək ki, “Rostov” - “Makkabi” matçı sentyabrın 24-də Rostovdakı “Rostov Arena”da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest