İtaliyanın “Torino” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi “Sampdoriya”nın sol cinah müdafiəçisi Nikola Murrunu icarəyə götürüb.
 
25 yaşlı italyan futbolçu satınalma şərti ilə mövsümün sonuna qədər icarəyə götürülüb. Murru yeni komandasında “29” nömrəli formanı geyinəcək.
 
“Kalyari”nin yetirməsi olan, peşəkar karyerasına 2011-ci ildə məhz bu komandada başlayan Murru 2017-ci ildən “Sampdoriya”nın uğurları üçün çalışır. O, İtaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında çıxış etsə də, əsas millidə debüt şansı qazanmayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest