"Neftçi"nin hücumçusu Kvame Karikari "Sumqayıt"la oyundan sonra matç.az saytının əməkdaşının da suallarını cavablandırıb.

- Sizcə, niyə qalib gələ bilmədiniz?

- çox çətin oyun oldu. Əlimizdən gələni  elədik. İmkanlarımız olsa da, bəxt üzümüzə gülmədi.

- "Sumqayıt" matça 5 müdafiəçi ilə başlayıb, sonra 7 müdafiəçiyə keçdi. Bununla bağlı nə deyə bilərsiniz?

- Düz qeyd etdiniz. Rəqib matçın sonuna qədər ancaq müdafiədə "oturdu". Qələbə qazana bilməməyimiz mənfi amildi, amma bir xal qazanmışıqsa, bu da işin müsbət tərəfidi.

- Adətən məşqçilər sonrada oyuna daxil etdikləri futbolçuları hansısa canlanma yaratmaq üçün salırlar. Amma adətən siz oyuna girəndə ciddi dəyişiklik olmur. Bu nə ilə əlaqədardı?

- Bilirəm ki, məni bu komandaya böyük ümidlərlə gətiriblər. çalışırdım ki, "Neftçi"yə faydalı olum. Bu gün məni oyuna salmışdılar ki, qol vurum, amma alınmadı. Bəlkə də mənə bacarığımmı göstərmək üçün daha çox vaxt lazımdı. Bəzi obyektiv səbəblər də var. Mirabdulla əla oynayır, əsas hücumçu odu.

- "Balıkesir" və "Samsunspor"da oynayanda sanki daha aqressiv idiniz. Burda isə elə bil çox həvəssiz çıxış edirsiniz...

- Fərqli atmosferlər, fərqli insanlar qarşısında oynayırıq. Türkiyədə ambians, futbola yanaşma tamam başqadı. Orda daha çox şans əldə edirdim. Birinci növbədə özümü sübut etmək üçün daha çox şansa ehtiyacım var. Düşünürəm ki, mənə istədiyim qədər şans verilmir. Meydanda daha çox olmalıyam.

- Belə davam etsə, getmək haqqında düşünürsüz?

- Getmək haqqında fikirləşmirəm. Əksinə burda iz qoymaq istəyirəm. Hamıya sübut etməliyəm ki, əvvəlki keyfiyyətlərimi itirməmişəm.

- "Qarabağ"la xal fərqi haqqında nə deyə bilərsiniz?

- Vuruşub, mübarizə aparıb əvvəlki üstünlüyümüzü qaytarmalıyıq. Əminəm ki, alınacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest