Türkiyənin “Dənizlispor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi serb müdafiəçi Neven Subotiçi transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. O, yeni komandasında 4 nömrəli formanı geyinəcək.
 
Subotiç karyerası ərzində “Maynts”, “Borussiya” (Dortmund), “Köln”, “Sent-Etyen” və “Union Berlin” klublarında oynayıb. O, Dortmund təmsilçisi ilə 2 dəfə Bundesliqanın, Almaniya kubokunun və superkubokunun qalibi olub.
 
2009-cu ildən Serbiya yığmasında oynayan Subotiç, millidə 36 oyuna çıxıb, 2 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest