Almaniya Bundesliqasının XIV turu "Bavariya"nın hücumçusu Robert Levandovski üçün əlamətdar alınıb. Matç.az saytının məlumatına görə, hazırda ikinci hissəsi gedən "Nürnberq"lə qarşılaşmada polşalı forvard dubla imza atıb.

Bununla 30 yaşlı futbolçu Almaniya çempionatında 50-ci dəfə bir oyunda 1-dən çox qola imza atmağı bacarıb. Hazırda o, yalnız Yupp Haynkes (51 oyun) və Gerd Müllerdən (87) geri qalır. Bu, eyni zamanda Levandovskinin 42-ci dubludu. Dubl sayında hücumçunu təkcə Gerd Müller (55) qabaqlayır.

Qeyd edək ki, ikinci hissəsi davam edən "Bavariya" - "Nürnberq" oyununda birincilər 3:0 hesabı ilə öndədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest