Azərbaycan millisinin müdafiəçisi Ufuk Budak "Samsunspor"a qayıdıb. Matç.az xəbər verir ki, bu iddianı Türkiyənin belge.com.tr saytı ortaya atıb.

28 yaşlı futbolçu bu yay Samsun klubundan ayrılaraq "Boluspor"a keçməsinə baxmayaraq, həmkarlarımız onun sabiq komandasına döndüyünü bildiriblər. Məqalədə qeyd edilir ki, bir müddət əvvəl klubun borcu üzündən müqaviləyə təktərəfli son qoyan Ufuk qayıtmaq qərarına gəlib. Belə ki, rəhbərliklə danışıqdan sonra o, TFF I liqa təmsilçisi ilə 6 aylıq sözləşmə bağlayıb.

Qeyd edək ki, Ufuk Budak "Samsunspor"a ötən ilin yayında "Manisaspor"dan keçmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest