"Premyer Liqada klub sayının artımı müzakirə olunmadı". Matç.az saytı xəbər verir ki, bunu AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

İcraiyyə Komitəsinin bu gün keçirilən iclasından sonra jurnalistlərin suallarını cavablandıran qurum rəsmisi Premyer Liqa və I divizion barədə də danışıb. O, Region Liqasından I diviziona yüksəlmək variantı ilə bağlı suala da cavab verib: "Region Liqası uğurlu layihə alındı. Növbəti iclaslarda bu məsələ qaldırılacaq. İstəyirik ki, orda əlavə stimul olsun və bu da ondan ibarətdi ki, peşəkarlığa keçid üçün imkan yaradılsın".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest