"Oyuna yaxşı başlamadıq. Topla davranışda problemlər var idi. Yavaş-yavaş özümüzə gəlirdik. Heyif ki, daha sonra qırmızı vərəqə aldıq". Matc.az xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Canni de Byazi söyləyib.

Millətlər Liqasının I turu çərçivəsində Lüksembura 1:2 hesablı məğlubiyyəti şərh edən Byazinin fikrincə, futbolçuların fiziki hazırlığı yaxşı deyil: "İkinci hissədə iki səhv və penalti. Oyunçuların yorğunluğu görünür. Onu deyim ki, rəqib güclü komandadır. çoxdandır bir yerdə oynayırlar. Bir çoxu Avropada çıxış edir. Bizim üçün vacib bir test idi. Bizim haqda 12 məşqlə yekun qərar vermək olmaz. Oynayan futbolçularımız təşəkkür edirəm. 25-ci dəqəqidən 10 nəfər qalmaq çox çətindir. Hətta qol da vura bildik. İnkişaf etməliyik".

- Qırmızı vərəqə, penalti və avtoqol, üstəlik zəif oyun. Komandada gələcək üçün nəsə gördünüz?
- Görürəm, bəli. Oyunçuların tez raeksiyası var idi. Neqativ nə ola bilərdisə, hamısı baş verdi. İkinci hissə daha yaxşı oyun gözləyirdim. Ancaq penalti və avtoqol işimizi çətinləşdirdi.

- Millətlər Liqasına çox önəm vermirik? Bəlkə bu turnirə dünya çempionatının seçmələrinə hazırlıq kimi yanaşaq?
- Məncə, gücümüzdən hər turnirdə maksimum istifadə etməlyik ki, daha yaxşı  olaq. Komanda oyununu qurmalıyıq. Komandada böyük istək var idi. Baxmayaraq ki, hazırkı rəqibə qarşı oynayırdıq. Oyunun əvvəlində çətinlik çəkdik. Topu geri verməyi heç vaxt deməmişəm. Fiziki hazırlığımız da yaxşı durumda deyil.

- Ramil Şeydayevin əvəzlənməsini, Adil Nağıyevin oyuna girməsini və uzun müddət oynamayan Araz Abdullayev meydana çıxmasını necə izah etmək olar?
- Komandanı yaxşı tanıyıram. Xarakterlərini bəlkə də çox bilmirəm. Ramil davam edə bilmirdi. Araza gəlincə, bizə həmin an fiziki gücü olan oyunçu lazım idi. Son 15 dəqiqəni rahat oynaya bilərdi. Nağıyevə rəqib iki hücumçuya keçdiyi üçün şans verdik. Ortada səhvlər var idi. Anvaq səhvsiz heç nə olmaz.

- Konkret desək, günahkar kimdi? Adətən AFFA rəhbərliyi və baş məşqçi günahlandırılır.
- Səhv həmişə baş məşqçinindi.

- Komanda ikinci yarının əvvəlində də psixoloji vəziyyətdən hazır deyildi. Buna çarə tapmaq olmazdımı?
- Doğru deyirsiniz, oyunun əvvəli də çətin idi. Bilirdik ki, rəqibin sürətli oyunçular var. Bunun qarşısını almaq lazım idi. Təəssüf ki, əks hücuma keçə bilmədik. Mən futbolçulara topla oynamağı tapşırmışdım. Təmkin Xəlillzadə və Namik Ələsgərovdan bunu gözləyirdim. Bəzən alındı, bəzən yox. Açığı, bunu ikinci hissədə daha çox etməliydik. Lakin penalti oldu və planlar baş tutmadı.

- Komandanın vəziyyətini gördünüz. Bizi qarşıda fiasko gözləyir?
- Komandanın oyunundan razı qaldım. Nəzərə alaq ki, fasilə var idi və hazır deyildik. Bu da təsir etdi çıxışımıza. Standart vəziyyətlərdə səhvlərimiz olmadı. Düzdür, rəqibin pressinqinə görə uzun ötürmə ilə oynamağa çalışırdıq. Lakin topu çox saxlaya bilmirdik.

- Qrupda nəyə ümid etmək olar?
- Hazırda nəsə demək çətindi. Ağır durumdayıq. Azərbaycan çempionatının oyunlarına baxmışam. Bizdə yaxşı futbolçular var. Optimist olmalıyıq. Əgər məqsədlərə çatmaq istəyirksə, oyunçuları inandırmağı bacarmalıyıq. Komanda uduzanda, günahkar mənəm. 

- Daha öncə Lüksemburqla oyuna çempionlar Liqasının finalı kimi hazırlaşacağınızı demişdiniz. Bu finalda heç bir önəm olmadan komandanı azlıqda qoyan futbolçuya baş məşqçsi gələcəkdə necə güvənə bilər?
- Məncə, Emreli yaxşı futbolçudu. Sizi başa düşürəm. Bu, böyük səhvdi. Bilmirəm, orada dəqiq nə baş verdi,  bəlkə də yorğun idi. Ancaq onun hərəkəti komandamıza zərbə vurdu. Bu səhvdən sonra ümid edirəm ki, digərləri belə etməz.

- Himnimizi oxuduz. Yalnız "Azərbaycan-Azərbaycan" hissəsini bilirsiniz, yoxsa həqiqətən öyrənmək istəyirsiniz?
- Hələlik o hissəni bilirəm. Ancaq mütləq öyrənəcəm. Necə ki, Albaniya millisində bilirdim. Sözləri tərcümə etmişəm, musiqisi çox xoşuma gəlir. İnanın ki, sizin diliniz çox çətindi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest