İngiltərə Premyer Liqasının XV turunda "Mançester Yunayted"lə qarşılaşmanın ilk hissəsində zədələnərək əvəzlənən 23 yaşlı mərkəz müdafiəçisinin sol dizinin ön xaçabənzər bağlarının qopduğu müəyyənləşib.

"Arsenal"ın müdafiəçisi Rob Holdinqin durumuna aydınlıq gəlib. Matç.az klubun rəsmi saytına istinadən xəbər verir ki, tibbi testin nəticəsi heç də ürəkaçan olmayıb.

İngiltərə Premyer Liqasının XV turunda "Mançester Yunayted"lə qarşılaşmanın ilk hissəsində zədələnərək əvəzlənən 23 yaşlı mərkəz müdafiəçisinin sol dizinin ön xaçabənzər bağlarının qopduğu müəyyənləşib. Həkimlər onun 6-9 ay müddətinə yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb. Bu isə o deməkdi ki, Holdinq üçün mövsüm erkən başa çatıb.

Qeyd edək ki, Rob Holdinq 2016-cı ildən "Arsenal"ın formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest