İtaliyanın "Atalanta" klubunun əsas komandasında üç futbolçu koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
 
Koronavirus aşkarlanan oyunçuların adı açıqlanmayıb. Onların karantinə alındığı və əlavə testlərdən keçəcəyi bildirilib. Komandanın digər üzvləri isə yeni mövsümün hazırlığında iştirak edəcək.
 
Qeyd edək ki, "Atalanta" İtaliya A seriyasında ötən mövsümü 3-cü pillədə başa vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest