İtaliyanın "Latsio" klubu hücumçusu çiro İmmobilenin müqaviləsini yeniləyib.
 
Matc.az xəbər verir ki, 30 yaşlı hücumçuyla müddəti 2025-ci ilin yayına qədər olan yeni sözləşmə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
İmmobile son mövsümdə İtaliya A Seriyasında 36 qolla bombardir olub və "qızıl buts" mükafatını qazanıb.
 
"Yuventus"un yetirməsi olan İmmobile karyerası ərzində "Syena", "Qrosseto", "Peskara", "Cenoa", "Torino", "Borussiya" (Dortmund) və "Sevilya"da da çıxış edib. O, 2014-cü ildən İtaliya yığmasına da dəvət alır. çiro 2016-cı ildən "Latsio"nun uğurları üçün çalışır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest