Azərbaycanlı hakim Rəhim Həsənov UEFA-dan yeni təyinat alıb. 
 
Matc.az xəbər verir ki, Həsənov 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsindəki Qazaxıstan - Monteneqro matçında baş hakim olacaq. 
 
FİFA referisinə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək, dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Hakim-inspektor isə ermənistanlı Gevorq Hovhannisyan olacaq. 
 
Qarşılaşma sentyabrın 3-də gerçəkləşəcək. 
 
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev isə Şimali Makedoniya və İspaniyanın U-21 komandalarının matçında iş başında olacaq. Həmin oyun da eyni gündə keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest