Bu gün UEFA çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb. Matc.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan mərasim Bakı vaxtı ilə saat 14:00-da başlayıb.

Püşkatmada Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibi müəyyənləşib. Səpələnmişlər sırasında yer alan Qurban Qurbanovun yetirmələri Norveçin "Molde" komandası ilə üz-üzə gələcək. Bir oyundan ibarət olan mərhələdə təmsilçimiz rəqibini Bakıda qəbul edəcək.

Oyunlar sentyabrın 15-16-da baş tutacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest