"Mançester Yunayted"in kapitanı Antonio Valensiya klubunu dəyişməyə hazırlaşır. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, rəhbərlik onunla yeni müqavilə imzalamaq fikrində deyil.

Gələn il "qırmızı şeytanlar"ın heyətində 10-cu ilini keçirəcək 33 yaşlı müdafiəçi görünür, elə bu yubileylə kifayətlənməli olacaq. Bu mövsüm cəmi 6 matçda meydana çıxan Valensiyanın sözləşmə müddəti cari mövsümün sonuna qədərdi. Yayda azad agent olacaq Ekvador millisinin üzvü artıq "Vest Hem"dən təklif alıb.

Qeyd edək ki, Antonio Valensiya "Mançester Yunayted"ə 2009-cu ildə "Uiqan"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest