Cənubi Amerika Futbol Konfederasiyası "Boka Xuniors"un istəyini geri çevirib. Matç.az xəbər verir ki, bu barədə təşkilatçı qurum rəsmi saytı vasitəsilə məlumat yayıb.

Libertadores kubokunun finalının cavab görüşü keçirilmədiyindən, "Boka" rəqibə texniki məğlubiyyət verilməsini və turnirin qalibi elan olunmasını tələb edib. çünki azarkeşlərin komandanı aparan avtobusa hücumu nəticəsində noyabrın 24-də "River"in meydanında keçirilməli olan qarşılaşma baş tutmamışdı.

Qeyd edək ki, ilk matçda 2:2 hesabı qeydə alınıb. Cavab görüşü isə dekabrın 9-da "Santyaqo Bernabeu"da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest