"çelsi"nin yarımmüdafiəçisi Sesk Fabreqas seçimini edib. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu karyerasını İtaliyada davam etdirəcək.

"Qalatasaray" və "Marsel"in təklifini rədd edən ispaniyalı orta sahə oyunçusu "Milan"la ortaq məxrəcə gəlib. Onun qış fasiləsində "rossonyerlər"lə müqavilə imzalaması gözlənilir.

Qeyd edək ki, 31 yaşlı Fabreqas bu mövsüm bütün turnirlərdə cəmi 10 oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest