"Ayaks"ın yarımmüdafiəçisi Frenki de Yonq gələn ay PSJ-yə keçəcək. Matç.az saytı xəbər verir ki, bu barədə məlumatı "Telegraph" yayıb.

Bildirilir ki, klublar arasında danışıqlara artıq yekun vurulub. Razılığa əsasən, fransızlar qarşı tərəfə 75 milyon avro ödəyəcəklər. Kilian Mbappenin komandada görmək istədiyi 21 yaşlı orta sahə oyunçusu bu mövsüm 22 oyunda 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Ayaks"la müqavilə müddəti 2022-ci ilin yayına qədər olan Frenki de Yonqu "Barselona" da transfer etmək istəyir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest