19 yaşadək futbolçular arasında Avropa çempionatının elit-raundunun təqvimi açıqlanıb. Matç.az saytı xəbər verir ki, 1-ci qrupda mübarizə aparacaq Azərbaycan yığmasının oyunlarının vaxtı dəqiqləşib.

Komandamız Rusiyanın Krasnodar və Soçi şəhərlərində keçirilən turnirdə meydan sahibləri, İrlandiya və Rumıniya ilə üz-üzə gələcək.

Vüqar Məmmədin yetirmələri ilk turda şimal qonşularımızla qarşılaşacaq. Ardınca İrlandiya ilə görüşəcək komandamız son turda Rumıniya ilə üz-üzə gələcək.

U-19-lar arasında Avropa çempionatı

Elit-raund, 1-ci qrup

I tur, 20 mart

İrlandiya – Rumıniya

Azərbaycan – Rusiya

II tur, 23 mart

İrlandiya – Azərbaycan

Rusiya – Rumıniya

III tur, 26 mart

Rusiya – İrlandiya

Rumıniya – Azərbaycan

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest