"Keşlə" növbəti transferini reallaşdırıb. 
 
Matc.az xəbər verir ki, paytaxt klubu son 4 ili "Sumqayıt"da keçirən Rail Məlikovu heyətinə qatıb.
 
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Məlikovla mövsümün sonuna qədər müqavilə imzalanıb.
 
Qeyd edək ki, 34 yaşlı müdafiəçi daha öncə "Bakı", "Neftçi", "Qəbələ", AZAL, həmçinin Türkiyənin "Denizlispor" klublarında çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest