"çelsi"nin kapitanı Eden Azarın "Real"da oynamaq arzusu həyata keçmək üzrədi. Matç.az saytının "Onda Madrid"ə istinadən məlumatına görə, ulduz futbolçu "kral klubu" ilə danışıqların son mərhələsinə gəlib.

Hətta tərəflər arasında ilkin razılığın əldə edildiyi də vurğulanıb. Londonlular müsbət cavab versə, bu keçid mövsümün sonunda baş tutacaq. "çelsi" onun transferindən minimum 170 milyon avroluq gəlir götürmək niyyətindədi. "Real" rəhbərliyi isə pulun bir hissəsinin yerinə yarımmüdafiəçi Mateo Kovaçiçi qarşı tərəfə vermək fikrindədi.

Qeyd edək ki, Eden Azarın "çelsi" ilə müqavilə müddəti 2020-ci ilin yayına qədərdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest