İtaliyanın "Benevento" klubunda daha iki nəfər koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Yeni mövsüm üçün hazırlıqlarına davam edən komanda, iki futbolçunun koronavirus testinin pozitiv nəticələndiyini bildirib.
 
Klub bir neçə gün əvvəl bir futbolçunun koronsvirusa yoluxduğunu açıqlamışdı. Hazırda hər üç futbolçu karantinə alınıb.
 
Son mövsümdə B Seriyasını birinci pillədə tamamlayan "Benevento" yeni mövsümdən A Seriyasında mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest