Futbol üzrə Fransa çempionatında 2020/21 mövsümünün ilk turunun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, ilk turun oyunları üç günü əhatə edib. 
 
Yeni mövsümün açılış matçında "Bordo" və "Nant" klubları üz-üzə gəlib. Bu oyunda qapılara qol vurulmayıb. "Dijon" evdə "Anje"yə minimal hesabla uduzub. "Lill" isə "Renn"i qəbul edib. Komandalar hərəyə bir dəfə fərqləndikləri bu oyundan heç-heçəylə ayrılıblar. Dörd qolun vurulduğu "Monako" – "Reyms" matçında da qalib müəyyənləşməyib. "Loryan" "Strasburq"u, "Nim" "Brest"i, "Nitsa" isə "Lans"ı məğlub yola salıb.
 
çempionlar Liqasında mübarizəni yarımfinalda dayandıran Lion "Olimpik"i və turnirin finalına yüksələn PSJ-nin ilk tur matçı təxirə salınıb. PSJ – "Mets" və "Monpelye" – "Olimpik" oyunları sentyabrda keçiriləcək.
 
"Olimpik" (Marsel) – "Sent-Etyen" görüşü isə ev sahibi komandanın bir neçə üzvündə koronavirus aşkarlandığı üçün təxirə salınıb.
 
Fransa Liqa 1
1-ci tur
21 avqust
 
Bordo – Nant 0:0
 
22 avqust
 
Dijon – Anje 0:1
Qol: Traore, 22.
 
Lill – Renn 1:1
Qol: Bamba, 40 – Boey, 35.
 
23 avqust
 
Monako – Reyms 2:2
Qol: Disasi, 45+2. Badiaşile, 55 – Dia, 5. Ture, 21.
 
Loryan – Strasburq 3:1
Qol: Vissa, 51. Qrbiç, 60. Hamel, 87 – çahiri, 30.
 
Nim – Brest 4:0
Qol: Denkey, 8. Melinq, 31. Filipotu, 69. Kone, 84.
 
Nitsa – Lans 2:1
Qol: Quiri, 23; 75 – Kakuta, 11-pen.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest