"Yuventus"un yeni baş məşqçisi Andrea Pirloya yeni köməkçi təyin olunub.
 
Matc.az xəbər verir ki, İqor Tudor bundan sonra Pirlonun köməkçisi kimi çalışacaq.
 
Bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb. 
 
Tudor 1998-2007-ci illər aralığında futbolçu kimi "Yuventus"da çıxış edib.
 
2013-cü ildən məşqçiliyə başlayan Tudor, "Hayduk" (Split), PAOK, "Karabükspor", "Qalatasaray", "Udineze" klublarında baş məşqçi kimi çalışıb. O, son olaraq ilk baş məşqçisi olduğu "Hayduk"u çalışdırırdı. 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest