AFFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək. Matç.az saytı xəbər verir ki, yığıncaq dekabrın 8-də baş tutacaq. Tədbir AFFA-nın inzibati binasında təşkil olunacaq.

İcraiyyə Komitəsinin növbəti iclası saat 11:00-da başlayacaq.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. Azərbaycan milli komandasının son 1 il ərzində göstərdiyi nəticələrin müzakirəsi

2. Aşağı yaş qruplarından ibarət yığma komandalar üçün strategiyanın müzakirəsi

3. Klubların Lisenziyalaşdırması prosesi ilə bağlı maliyyə şəffaflığı məsələsinin müzakirəsi

4. Hakimlər Komitəsinin tərkibinin təsdiqi

5. Digər məsələlər

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest