"Qarabağ"ın büdcəsinə UEFA-dan növbəti vəsait daxil olub. Matç.az AFFA-nın saytına istinadən xəbər verir ki, Ağdam klubu 2017/2018-ci il mövsümü üçün UEFA çempionlar Liqası iştirakçısı kimi 981 min avro qazanıb.

UEFA Klub Yarışlarının Keçirilməsi Komitəsinin məktubuna uyğun olaraq vəsait AFFA-nın vasitəçiliyi ilə "Qarabağ" klubunun hesabına köçürülüb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest