"Püşkatmanın nəticələrindən razıyam. İrlandiya, Rusiya və Rumıniya kimi komandalara qarşı oynayacağıq. Bu mərhələyə daha ciddi hazırlaşmalıyıq". Matç.az saytı xəbər verir ki, bunu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Vüqar Məmməd deyib.

O, Avropa çempionatının elit-raund mərhələsinin püşkünün nəticələri ilə bağlı affa.az-a fikirlərini bildirib: "Elit-raundda Avropanın ən yaxşı komandaları mübarizə aparır. Burada zəif komanda yoxdur. Demək olar, komandaların hər biri səviyyə baxımından bir-birinə yaxındır. Artıq püşkatmaya qədər potensial rəqiblərimizin hamısının son rəsmi oyunlarını izləmişdik. Ona görə də rəqibləri tanıyırıq və nəyə qadir olduqlarını bilirik".

Qeyd edək ki, elit-raundun 1-ci qrupunun oyunları 2019-cu il martın 20-dən 26-dək Rusiyada keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest