"Fənərbaxça" ilə yollarını ayıran Maurisio İslanın yeni klubu müəyyənləşib.
 
Matc.az xəbər verir ki, Libertadores Kubokunun sonuncu qalibi "Flamenqo"ya transfer edilib.
 
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. çilili sağ cinah müdafiəçisi ilə müqavilənin müddəti açıqlanmayıb. Təcrübəli futbolçu yeni komandasında 44 nömrəli formanı geyinəcək.
 
2017-ci ildən "Fənərbaxça"da çıxış edən İsla, müqavilə müddəti bu yay başa çatan kimi mövsümün bitməsini gözləmədən İstanbul təmsilçisindən ayrılmışdı. çili yığmasında 115 oyun keçirmiş 32 yaşlı futbolçu karyerası ərzində "Udineze", "Yuventus", KPR, "Olimpik" (Marsel) və "Kalyari" klublarında da forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest