Türkiyənin "Ərzurumspor" klubu heyətini yeni futbolçularla gücləndirib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi litvalı yarımmüdafiəçi Arvidas Novikovasla niderlandlı dayaq yarımmüdafiəçisi Mitçel Donaldı transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Novikovasla müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Mitçel isə isə bir illik transfer olunub.
 
29 yaşlı Novikovas son mövsümü Varşava "Legiya"sında keçirib. O, həm də Litva yığmasında forma geyinir. 31 yaşlı Donald isə 2018-ci ildən formasını geyindiyi "Yeni Malatyaspor"dan bu yay ayrılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest