"çətin olsa da, son matçda 3 xal qazana bildik. Hazırda komandada yaxşı ab-hava var".

Matc.az xəbər verir ki, bu sözləri "Şkupi"nin futbolçusu Faton Yusufi klubun rəsmi saytına açıqlamasında deyib.

O, Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi" ilə keçiriləcək qarşılaşma barəsində də danışıb: "Bu oyuna yüksək əhval ruhiyədə çıxmaq istəyirik. Bakıda sakit başla keyfiyyətli oyun göstərmək və qələbə qazanmaq niyyətindəyik".

Qeyd edək ki, avqustun 27-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Şkupi" oyunu saat 20:00-da başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest