"Qarşıdakı oyunda nəyəsə nail olmaq istəyiriksə, həm müdafiədə, həm də hücumda daha yaxşı oynamalıyıq".

"Qarşıdakı oyunda nəyəsə nail olmaq istəyiriksə, həm müdafiədə, həm də hücumda daha yaxşı oynamalıyıq".

Matc.az xəbər verir ki, bu sözləri Moldovanın "Şerif" komandasının baş məşqçisi Zoran Zeçik UEFA çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları "Qarabağ"la matç barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

"Bakıda bizi daha güclü rəqib gözləyir. Cütün taleyi bir matçda həll olunacaq. "Qarabağ"la oyun üçün vaxtımız azdır".

Xatırladaq ki, "Qarabağ" - "Şerif" matçı avqustun 26-sı saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest