Türkiyə çempionu "Başakşəhər" iki futbolçusu ilə yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, İstanbul təmsilçisi Elyero Elia və Gökhan İnler ilə vidalaşıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Hər iki futbolçuya xidmətlərinə görə təşəkkür edilib.
 
"Başakşəhər"lə müqaviləsinin müddəti bitən Elia Niderlandın "Utrext" klubuna transfer olunub. Artıq sözügedən klub bu transferi rəsmən açıqlayıb. 33 yaşlı futbolçu yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.
 
Elia İstanbul təmsilçisinə 2017/18 mövsümünün əvvəlində transfer olunmuşdu. Niderlandlı yarımmüdafiəçi geridə qalan üç mövsüm ərzində "Başakşəhər"in heyətində 86 oyuna çıxıb, 12 qola imza atıb.
 
Gökhan İnlerin də klubla müqaviləsinin müddəti bu yay başa çatmışdı. Klub rəhbərliyi 36 yaşlı futbolçu ilə yeni müqavilə bağlamaq istəməyib. İsveçrə yığmasının sabiq üzvü 2017-ci ildə "Beşiktaş"dan bu kluba transfer olunmuşdu. İnler daha öncə "Lester Siti", "Napoli", "Udineze", "Sürix" kimi klublarda da forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest