Dç-2022-nin Afrika zonası üzrə seçmə mərhələsinin oyunları təxirə salınıb.
 
Matc.az xəbər verir ki, bu barədə Afrika Futbol Konfederasiyasının rəsmi saytı məlumat yayıb.
 
Bu ilin oktyabr ayında başlaması planlaşdırılan matçlar koronavirus səbəbindən 2021-ci ildə oynanılacaq.
 
40 yığmanın mübarizə aparacağı seçmə mərhələnin oyunları gələn il mayın 31-də başlayıb, oktyabrın 12-də başa çatacaq. Pley-offlar isə 8-16 noyabr tarixlərində keçiriləcək.
 
Qeyd edək ki, Dç-2022 21 noyabr - 18 dekabrda Qətərdə olacaq.
 
Xatırladaq ki, bundan əvvəl Dç-2022-nin Asiya zonası üzrə seçmə mərhələsinin oyunları təxirə salınmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest