Bu gün futbol üzrə UEFA çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulub.
 
Matc.az xəbər verir ki, bununla da digər finalçının adına aydınlıq gəlib.
 
Həlledici oyuna sonuncu vəsiqə uğrunda Almaniya "Bavariya"sı ilə Fransanın "Olimpik" (Lion) klubları üz-üzə gəlib. Portuqaliyanın paytaxtı Lissabondakı "Estadio Joze Alvalade" stadionunda keçirilən oyunu ispaniyalı referi Antonio Migel Mateu Laos idarə edib. Rəqibini darmadağınla məğlub edən Almaniya çempionu ikinci finalçı olub.
 
Qeyd edək ki, "Bavariya" finalda PSJ ilə qarşılaşacaq. Paris təmsilçisi yarımfinalda Almaniya "Leyptsiq"ini darmadağın edib – 3:0. Həlledici oyun avqustun 23-də baş tutacaq.
 
UEFA çempionlar Liqası
Yarımfinal
19 avqust
 
"Olimpik" (Lion, Fransa) – "Bavariya" (Almaniya) 0:3
Qol: Qnabri, 18; 33. Levandovski, 88.
Portuqaliya, Lissabon. "Eştadiu Joze Alvalade" stadionu

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest