Vaxtilə ölkəmizdə "Xəzər Lənkəran" və "Neftçi"nin formasını geyinmiş Julius Vobay milli karyerasını başa vurub. Matç.az saytının Syerra-Leone mətbuatına istinadən məlumatına görə, bunu yarımmüdafiəçi özü açıqlayıb.

34 yaşlı futbolçu bildirib ki, Syerra-Leonenin Afrika Millətlər Kubokundan kənarlaşdırılması onu bu qərarı verməyə vadar edib. Vobay həm yaşının çoxluğunu, həm də final mərhələsində oynamaq şanslarının olmadığını nəzərə alaraq, gənclərə yol açmaq qərarına gəldiyini vurğulayıb: "Milli karyeramı Afrika Millətlər Kubokundakı uğurlu nəticə ilə başa vurmaq istəyirdim. Bu mənim son şansım idi. Lakin millimizlə bağlı qərar bizi sarsıtdı. 17 illik yığma karyeramı bitirirəm. Artıq gənclərə yer vermək lazımdı".

Qeyd edək ki, Julius Vobay 2011-ci ildə "Xəzər Lənkəran", 2012-2015-ci illərdə isə "Neftçi"nin formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest