İsko "Real"dan ayrılmaq istəyir. Matç.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, bu barədə futbolçu özü komanda yoldaşlarına bildirib.

Maraqlıdır ki, o, İngiltərəyə köçmək istəyir. Belə ki, 26 yaşlı yarımmüdafiəçi "Mançester Siti"də çıxış etmək niyyətindədi. Əgər "şəhərlilər"dən təklif gəlsə, düşünmədən Madriddən ayrılacaq.

Qeyd edək ki, İsko ilə "Real"ın baş məşqçisi Santyaqo Solari arasında  münasibətlərin yaxşı olmadığı iddia olunur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest