İspaniyanın "Real" klubunun futbolçusu Tibo Kurtua forma nömrəsini dəyişib.
 
Matc.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Belçikalı qapıçı yeni mövsümdə 1 nömrəli formanı geyinəcək. Kurtua ötən mövsüm "Real"da 13 nömrəli formada mübarizə aparırdı.
 
2019/20 mövsümündə "Real"ın "1 nömrə"si PSJ-dən icarəyə götürülən Alfons Areola idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest