"Neftçi"ni tanımıram, bu komanda barədə geniş nəsə deyə bilməyəcəm. Ancaq etiraf edim ki, mərhələnin favoriti onlardır".

Bu sözləri matc.az saytına "Neftçi"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi "Şkupi"nin hücumçususu Omar Quduabi deyib. 25 yaşlı futbolçu daha sonra belə davam edib:

"Görüş bizim evimizdə də olsaydı, yenə də üstünlüyü rəqibə verərdim. Mərhələni keçsək, ölkədə qəhrəman olub-olmayacağımızı bilmirəm. Ancaq unutmayaq ki, futbolda hər şey mümkündür".

Şimali Makedoniya təmsilçisinin yarımmüdafiəçisi Dembo Darbo da matc.az saytı ilə fikirlərini bölüşüb. 24 yaşlı qambiyalı futbolçu komanda yoldaşından daha iddialı danışıb:

"Neftçi" ilə tanış deyilik, heyətləri barədə geniş məlumatımız yoxdur. Azərbaycanda lazımı nəticəni qazanmaq üçün mübarizə aparmaq lazımdır. Təəssüf ki, görüş səfərdədir. Oyun əgər evimizdə olsaydı, bu, Tanrının bizə lütfü olardı. Hər şeyə rəğmən, çıxışımızla azarkeşlərimizi sevindirmək istəyirik".

Qeyd edək ki, "Neftçi" – "Şkupi" qarşılaşması avqustun 27-i, saat 20:00-da "Bakcell Arena"da keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest