"Real"ın qapıçısı Keylor Navas klubunu dəyişmək fikrinə düşüb. Matç.az saytının AS-a istinadən məlumatına görə, kosta-rikalı qolkiper yanvarda başla komandaya keçmək niyyətindədi.

Tibo Kurtuanın transferindən sonra əsas heyətdəki yerini itirən 32 yaşlı oyunçu bundan narazılığını dilə gətirib. O, bununla bağlı rəhbərliyə müraciət edib və qış fasiləsində başqa kluba keçmək istədiyini vurğulayıb. Lakin güclü ehtiyat qapıçısını itirmək istəməyən "kral klubu" bu ayrılığa müsbət yanaşmır.

Qeyd edək ki, Keylor Navasın "Real"la müqavilə müddəti 2020-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest