İngiltərənin "Sauthempton" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi İspaniyanın "Valyadolid" klubunun müdafiəçisi Məhəmməd Salisunu transfer edib.
 
Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. 21 yaşlı qanalı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
 
Britaniya mətbuatının yazdığına görə, "Sauthempton" bu transferə görə 10.9 milyon funt-sterlinqindən keçib.
 
Salisu, ötən mövsüm bütün turnirlər daxil olmaqla 32 rəsmi oyuna çıxıb və 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest