"Qalatasaray" heyətinə daha bir futbolçu cəlb edib.
 
Matc.az xəbər verir ki, İstanbul klubu "Sivasspor"dan ayrılan Emre Kılınçı transfer edib.
 
Bu barədə "Qalatasaray"ın rəsmi saytı məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
 
Emre Kılınç, "Qalatasaray"da ilk mövsümdə 11.35 milyon, ikinci mövsümdə 8 milyon, üçüncü mövsümdə 8.5 milyon və dördüncü mövsümdə 9 milyon TL qazanacaq.
 
Qeyd edək ki, Emre geridə qalan mövsümdə "Sivasspor"da 31 rəsmi oyuna 9 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest