İspaniya “Atletik”i klubun kollektivindən götürülmüş koronavirus testlərinin nəticələrini açıqlayıb.
 
Matc.az La Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Bilbao klubunun 6 futbolçusunda infeksiya aşkarlanıb.
 
Analizi müsbət çıxan oyunçulara artıq məlumat verilib və onlar özlərini təcrid ediblər. Yoluxanların adları açıqlanmayıb.
 
“Atletik”in kollektivi avqustun 14-də yenidən testdən keçəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest