"Barselona"nın hədəfində olan futbolçu müəyyənləşib. Matç.az saytı xəbər verir ki, İspaniya təmsilçisi "Yuventus"un yarımmüdafiəçisi Rodriqo Bentankuru transfer etmək istəyir.

Kataloniya təmsilçisi uruqvaylı orta sahə oyunçusu üçün 60 milyon avro ödəməyə hazırdı.

Bu məbləğin yarısı futbolçunun əvvəlki klubu "Boka Xuniors"a çatacaq. Argentinalılar 2017-ci ildə Bentankuru "Yuventus"a 10,5 milyona satmış və gələcək transferində 50 faizlik payını saxlamışdı.

Qeyd edək ki, uruqvaylı cari mövsümün 15 oyununda 2 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest