"Barselona" "Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silvanı transfer etmək niyyətindədir. Matc.az "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubu 26 yaşlı futbolçu üçün qarşı tərəflə təmasa keçib.

Məlumata görə, “şəhərlilər”in əsas heyətində yerini Fil Fodenə uduzan Silvanın klubdan ayrılmaq ehtimalı var. Ancaq Kataloniya klubu oyunçu üçün tələb edilən məbləği ödəyə bilmir.

Bu səbəbdən də “Barselona” transferə Nelson Semedonu da daxil etmək istəyir.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest