“Çelsi”nin futbolçusu Villian London klubundan ayrılıb.
 
Matc.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
 
Braziliya millisinin üzvü 2013-cü ildən London klubunda çıxış edirdi. O, 7 il idi formasını geyindiyi klubla müqaviləsini yeniləmək istəməyib.
 
Villianın karyerasını “Arsenal”da davam etdirəcəyi iddia olunur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest