“Trabzonspor” heyətini iki yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi Norveçin “Rusenborq” klubunun yarımmüdafiəçisi Anders Trondsenlə İspaniyanın “Valyadolid” klubunun hücumçusu Stiven Plazanı transfer edəcək.
 
Bu barədə Trabzon klubunun rəsmi saytı məlumat yayıb. Xəbərdə bu iki futbolçu və onların klubları ilə danışıqlara start verildiyi diqqətə çatdırılıb.
 
2016-cı ildən Norveç yığmasına da dəvət alan Trondsen, 2017-ci ildən “Rusenborq”un uğurları üçün çalışır. 25 yaşlı futbolçu daha öncə “Stabek” və “Sarpsborq”da da çıxış edib.
 
Ekvadorlu Plaza isə 2019-cu ildən “Valyadolid”də forma geyinir. 21 yaşlı futbolçu artıq Ekvador yığmasına da dəvət alır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest