Fransa çempionu PSJ ciddi itki ilə üzləşib.
 
Matc.az xəbər verir ki, Paris klubunun yarımmüdafiəçisi Marko Verratti sıradan çıxıb.
 
Baldırından zədələnən futbolçunun vəziyyətinin ciddi olduğu bildirilir.
 
Verrattinin Çempionlar Liqasının 1/4 final mərhələsində “Atalanta” ilə oyunu buraxacağı bildirilir. PSJ turnirdə mərhələ adlasa, 27 yaşlı futbolçunun digər oyunlarda da iştirak edə bilməyəcəyi qeyd olunur.
 
PSJ-də daha əvvəl hücumçu Kilian Mbappe sıradan çıxıb.
 
“Atalanta” – PSJ oyunu avqustun 12-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest